Taksi sürücüsünün qətli ilə bağlı rəsmi məlumat
23 Aprel 2015 14:21 KriminalDaxili İşlər Nazirliyi Bərdə rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 22-də Bərdə rayonunun Güloğlular kəndinin sakini Ceyhun İbrahimov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi, əvvəllər məhkum olunmuş Elsevər Cəfərov tutulub.
Qeyd edək ki, hadisə Bərdə bazarında baş verib. Qətlə yetirilən şəxs taksi sürücüsü imiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31