Azərbaycanda dəhşətli olay: eskalatorun arasında qalıb öldü
Araşdırma aparılır
23 Aprel 2015 13:45 KriminalSumqayıtda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, 17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı planlaşdırılan "Rahat" marketdə işləyən fəhlə 1990-cı il təvəllüdlü Qurbanov Ruslan Taleh oğlu eskalatorun arasında qalıb. O, hadisə yerindəcə dünyasını dəyişib. Bildirilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Yeni quraşdırılmış lift yoxlanış üçün istismara buraxılarkən məlum olay yaşanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31