Mağazadan 5400 manat aparan şəxslər saxlanıb

Goranboy rayonunda mağazadan oğurluq etmiş şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də İsa Musayevə məxsus mağazadan 5400 manat dəyərində məişət əşyaları oğurlamış Dəliməmmədli şəhər sakini Mübariz Kazımov və Göygöl rayon sakini Elvin Kərimov tutulublar. Faktla bağlı araşdırma aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31