Qohumunu bıçaqla qətlə yetirdi
22 Aprel 2015 18:10 Kriminalİmişli rayonunda ölümlə nəticələnən bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, rayonun Qaragüvəndikli kəndində yaşayan Vüsal Tağıyev evində qohumu Emiliya Hüseynovaya bıçaqla xəsarət yetirib. E.Hüseynova hadisə yerində ölüb. İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Tağıyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31