Məktəb direktorunun evindən 28 min dollar apardılar

Lənkəran rayonunun Xolmilli kəndində məktəb direktorunun evindən külli miqdarda pul oğurlanıb. Lent.az-ın "Report"a istinadən xəbərinə görə, kənd məktəbinin direktoru Qasım Əliyevin evinə pəncərə şüşəsini qıraraq daxil olan naməlum şəxs və ya şəxslər 28 min ABŞ dolları oğurlayıblar. Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib. Lənkəran Şəhər Rayon Polis Şöbəsindən "Report"a fakt təsdiqlənib. Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31