Əri həbsdə olan qadın sevgililərinin qurbanı oldu
Yeni sevgilisi ilə gəzən 24 yaşlı Esra Gülyol keçmiş sevgilisi tərəfindən küçənin ortasında öldürüldü
22 Aprel 2015 13:15 KriminalTürkiyənin Bursa şəhərində küçənin ortasında dəhşətli qətl hadisəsi baş verib. Anspress-in məlumatına görə, əri həbsxanada olan Esra Gülyol keçmiş sevgilisi tərəfindən küçənin ortasında öldürülüb. Həyat yoldaşı həbsdə olan 24 yaşlı Esra Gülyol gecə saatlarında 29 yaşlı Nurettin Göktaşla gəzirmiş. Bu zaman, onları izləyən 30 yaşlı keçmiş sevgilisi O.G. tapança ilə onu vurub. İddiaya görə, O.G yeni sevgililərin avtomobilinə yaxınlaşaraq tapança ilə Esra Gülyola atəş açıb. Ürəyindən vurulan gənc qadın ağır yaralanıb. Nurettin Göktaş avtomobili saxlamayaraq Esranı xəstəxanaya aparıb. Ancaq qadın yolda dünyasını dəyişib. Hadisəni törədən O.G. ilə Nurettin Göktaş polis tərəfindən saxlanılıb. Üzərinə baxış keçirilən zaman cinayəti törətdiyi tapança tapılmayan O.G. istintaqa verdiyi ilk ifadəsində günahını qəbul etməyib və heç kimə atəş açmadığını bildirib. Göktaş isə qətl hadisəsində heç bir günahı olmadığını deyib. Hazırda faktla bağlı araşdırma aparılır.