Hacıqabulda toy karvanı qəzaya uğradı: 2 yaralı

Bakı-Qazax yolunun 118-ci km-liyində, Hacıqabul rayonu ərazisində toy karvanı qəzaya uğrayıb. APA TV-nin xəbərinə görə, 1958-ci il təvəllüdlü Bakı sakini Rüstəmov Mülkədar Şamil oğlunun idarə etdiyi "MAN" markalı yük maşını toy karvanında gedən İmişli rayonunun Yalavac kənd sakini, 1969-cu il təvəllüdlü Fərmanov Elxan Ağamoğlan oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes"də olan İmişli rayonunun Yalavac kənd sakinləri - 1984-cü il təvəllüdlü Muradova Esmira Salamat qızı və 1962-ci il təvəllüdlü Şükürova Nisə Şahverdi qızı ağır qapalı kəllə-beyin travması diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31