Ağcabədi rayonu, Hacılar kəndi vətəndaşa məxsus 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otağlı evin mətbəxinin yanar konstruksiyaları mətbəx əşyaları ilə birlikdə 24 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31