Maşını zorla alıb qaçan yaxalanıb

Aprelin 18-də Osman Cəbrayılovdan soyğunçuluq yolu ilə alınmış "Lada-Priora" markalı avtomobilin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Azər Məmmədov tutulub. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31