Avtomobildən oğurluq edən ələ keçib
21 Aprel 2015 15:20 KriminalAvtomobildən şəxsi əşyaları oğurlayan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Nurəddin Əzimova və aprelin 15-də İsmayıl Kərimova məxsus avtomobillərdən mobil telefon və geyim əşyaları oğurlamış Bakı şəhər sakini Süleyman Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31