“VAZ” “Belarus”a çırpılıb
20 Sentyabr 2012 15:21 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Belarus" markalı traktora çırpılib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, nəticədə, "VAZ" markalı avtomobil deformasiyaya uğrayıb, avtomobilin sürücüsü həlak olub və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsin cəsədini avtomobildən çıxarıb aidiyyəti üzrə təhvil verərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31