Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı Ramin Allahyarovun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı ondan xalis çəkisi 8,672 qram olan narkotik vasitə - tiryək aşkar olunub. Faktla bağlı təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31