Üç nəfərdən heç biri qapı döyültüsünə ayılmadı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 3 nəfər köməksiz vəziyyətdə qalıb. FHN-dən "Olaylar"a  verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsindən 6-cı mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olublar. Mənzildə vətəndaşlar yatmış vəziyyətdə aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31