"Tarqovı"da qız cinayət başında yaxalandı
21 Aprel 2015 12:18 KriminalBakıda oğurluğa cəhd göstərən qadın yaxalanıb. Lent.az-ın Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, aprelin 17-də Nizami küçəsi (Tarqovıy məhəllə), ev 184a ünvanında yerləşən və Əliyev Cavid Rəcəb oğluna məxsus "Martines" gözəllik salonunun kassasından 100 (yüz) manat pul vəsaitini oğurlamağa cəhd edən, Hacıqabul şəhər sakini Rzayeva Şəfa Həmidağa qızı saxlanılıb. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanan qadın Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı Nəsimi RPİ-nin 22-ci PB-də araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31