Musiqi məktəbində işləyən qadın özünü öldürdü
20 Aprel 2015 17:35 KriminalKürdəmir rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Atakişili kənd sakini, 1959-cu il təvəllüdlü Minayə Nəsirova özünü yaşadığı mənzildə asaraq intihar edib. Bildirilir ki, 56 yaşlı M.Nəsirova daha əvvəl də zəhərli məhlul içərək özünü öldürməyə cəhd edib. O, kəskin baş ağrılarından əziyyət çəkirmiş.
Qeyd edək ki, intihar edən qadın Kürdəmir şəhərindəki musiqi məktəbində xadimə işləyirmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31