Avtoqəzada 1 nəfər ölüb, 2-si yaralanıb
20 Aprel 2015 16:05 KriminalSabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Sabirabad rayonunun Şəhriyar kəndində kənd sakini Həsən Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobili yolayrıcısına vurub. Nəticədə sürücü və sərnişini, həmkəndlisi Asif İsayev xəstəxanaya yerləşdirilib, A.İsayev aldığı xəsarətdən xəstəxanada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31