Xəzər sularında dəhşətli anlar
Dənizdən iki kişi meyiti tapılıb
20 Aprel 2015 14:35 KriminalÖtən gün Xəzər dənizinin Azərbaycan ərazisinə düşən hissəsində iki meyit tapılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, meyitlərin biri Bakıda, digər Neftçalada aşkarlanıb. Belə ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, dənizdə, qəsəbə sakini Şamil Məmmədovun meyiti aşkarlanıb. Onun üzərində zorakılıq əlamətləri görünməyib.Meyitlərdən biri də Neftçala rayonunun Qoltuq qəsəbəsində aşkarlanıb. Çürüməyə məruz qalmış şəxs 25-35 yaşlarındadır. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31