Goranboy şəhərində vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümümi sahəsi 40 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavanı 25 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31