Bakıda qadınlar biabırçı şəkildə kameraya düşdülər
Mağazadan oğurluq edən iki qadın saxlanılıb
20 Aprel 2015 13:30 KriminalBakının Xəzər rayonunda mağazalarda oğurluq edən qadınlar tutulublar. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qadınları müşahidə kameraları vasitəsilə tutublar. Belə ki, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus qeyd olunan qəsəbədə yerləşən mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüblər. Onlar aprelin 17-də onlar təkrar mağazadan oğurluq edərkən tutulublar. Onları Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları saxlayıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31