Darvaza oğrusunun sonu yaxşı olmadı

Bakıda darvaza oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Cavanşır Cəfərova məxsus Kürdəxanı qəsəbəsində yerləşən bağ evinin dəmir darvazası oğurlanıb. Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elşən Əlişad oğlu Qəhrəmanov tutulub. Faktla əlaqədar araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31