Bakıda iki qardaşı bıçaqlayan keçmiş məhkum tutulub
20 Aprel 2015 12:47 KriminalBakıda iki qardaşı bıçaqlayan 47 yaşlı keçmiş məhkum tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 18-də saat 00:30 radələrində Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində Elnur Nəsirova və qardaşı Orxana bıçaq xəsarəti yetirilib. Binəqədi rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Tehran Zahid oğlu Səlimov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31