Paytaxtda mağazadan təkrarən oğurluq edən iki qadın tutuldu

Bakıdan mağazadan təkrarən oğurluq edən iki qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus qeyd olunan qəsəbədə yerləşən mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüb. Aprelin 17-də onlar həmin mağazadan təkrar oğurluq edərkən Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31