Bakıda 42 yaşlı kişi bacısı qızını qətlə yetirib

19 yaşlı qız ailə münaqişəsi zəminində öldürülüb

Azərbaycan paytaxtında qətl hadisəsi törədilib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Buzovna qəsəbəsində, Naxçivani küçəsi, ev 13 də qeydə alınıb. Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Namiq Aslanov ailə münaqişəsi zəminində bacısı qızı 1996-cı il təvəllüdlü Nigar Şikar qızı Məliklini bıçaqlayaraq qətlə yetirib. N. Aslanov hadisəni törətdikdən sonra qaçıb. Hazırda polis onun tutulması istiqamətində tədbirləri davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31