Bakıda əməliyyat: gürcülərdən ibarət dəstə zərərsizləşdirildi
17 Aprel 2015 15:11 KriminalBakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Nail Əsgərovun evindən 10000 ABŞ dolları, 10000 manat dəyərində qızıl əşyalar, 3 ədəd mobil telefon, geyim və məişət əşyaları oğurlamış şəxslər müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşları Qriqoriy Kuraşvili, Nika Bumbeşvili və Qiyantsa Salakadze tutulub.
Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31