Bakıda gənc oğlanlar qadını soydu
17 Aprel 2015 13:18 KriminalBakıda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də saat 21 radələrində, S.Axundov küçəsində Gəncə şəhər sakini Türkan Məmmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinənlər - Neftçala rayon sakini 1993-cü il təvəllüdlü İsmət Süleyman oğlu Abbasov və Ağsu rayon sakini 1994-cü il təvəllüdlü Röyal Qədir oğlu Mehdiyev tutulub. Araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31