Seksual manyakın Bakıdakı cəzaçəkmə müəssisəsində meyidi tapıldı
Həkim rəyinə görə, R.Kərimov ürək tutmasından ölüb
20 Sentyabr 2012 11:45 KriminalPenitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 61 yaşlı Rövşən Camal oğlu Kərimovun saxlandığı kamerada meyiti tapılıb.O, 2001-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.Mərhum Cinayət Məcəlləsinin 150.2, 150.3 (bir qrup şəxslə seksual xarakterli zorakılıq hərəkətləri etməsi, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 234-cü (narkotik maddə saxlama və istifadə etmə) maddələri ilə təqsirli bilinib.Həkim rəyinə görə, R.Kərimov ürək tutmasından ölüb. Faktla bağlı araşdırma aparılır. anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31