Bakıda polis polkovnik-leytenantı qəfil dünyasını dəyişdi
Vasif İslamov Naftalan vannası qəbul edərkən keçinib
18 Aprel 2012 18:45 KriminalBakı şəhər Baş Polis İdarəsinin polkovnik-leytenantı qəflətən vəfat edib. "OLAYLAR"ın məlumatına görə, aprelin 15-də baş verib. Hadisə "Naftalan" müalicə mərkəzində qeydə alınıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vasif İslamov müalicə məqsədi ilə "Naftalan" vannası qəbul edərkən özünü pis hiss edib. Polis polkovnik-leytenantı mərkəzdə qəfildən dünyasını dəyişib. Hadisə yerinə dərhal həkimlər çağırılsa da gec olub.Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat almaq mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31