Gənc Bakıdakı istirahət parkında özünü telefon kabeli ilə asdı
Məmmədhəsən Abbasovun özünə qəsd etməsinin səbəbi məlum deyil
20 Sentyabr 2012 11:43 KriminalBakının Xətai rayonu ərazisindəki parkda intihar olub. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, "Gənclik" parkında 20 yaşlı Məmmədhəsən Abbasov özünü öldürüb.O, telefon kabeli ilə özün asıb. M.Abbasovun özünə qəsd etməsinin səbəbi məlum deyil.Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31