Azərbaycanlı dj beynəlxalq axtarışa verildi
16 Aprel 2015 18:23 KriminalAzərbaycanın tanınmış dj-i Ramil Əşrəfov beynəlxalq axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumata görə, 36 yaşlı Ramil Əşrəfov vergidən yayınmaqda təqsirləndirilir. R. Əşrəfov Azərbaycanda olmadığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Ramil Əşrəfov dj fəaliyyəti ilə məşğul olub. O məşhur dj-in və qrupların Bakıda konsertlərini təşkil edib. Mətbuatın yazdığına görə, 2013-cü ildə R. Əşrəfov məşhur dj Tiestonun Bakıda konsertini təşkil etmək adı ilə vətəndaşlara satdığı biletlərin pullarını mənimsəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31