Silsilə oğurluq törədən şəxs ələ keşdi

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Rəsulova məxsus mağazadan, Rafiq Ağayevə məxsus internet klubdan məişət əşyaları oğurlamış Bakı şəhər sakini Samir İbrahimov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Bakı şəhər sakinləri Əjdər Məmmədov və Tərlan Qasımovla birgə Elşad Məmmədova məxsus ofisdən 3 ədəd fotoaparat oğurlaması da müəyyən edilib. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov və T.Qasımov da saxlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31