Maşından telefon oğurlayandan heroin çıxdı

Xəzər rayonunun Xaşaxuna bağlar sahəsində Qubadlı rayon sakini Niyaməddin Həşimova məxsus "VAZ-2106" markalı avtomobildən mobil telefon oğurlanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Qəzənfərov tutulmuş, ondan 0,207 qram heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31