Abşeron rayonunda yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən əlumata görə, rayonun Xırdalan şəhərində yaşayış kompleksinin ərazisində tikintisi başa çatmamış 6 mərtəbəli yaşayış binasının mansardında 1 kv.m sahədə taxta qırıntıları yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31