Binəqədidə faciə: ölən var
Ölən şəxsin kimliyi dəqiqləşdirilir
16 Aprel 2015 12:24 KriminalBakının Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 15-də saat 20 radələrində Binəqədi qəsəbəsi, 2-ci mədən yaşayış massivi, 72-ci korpusda kirayə yaşayan şəxs 30-40 yaşlı kişi dəm qazından boğulub. Elnur adlı həmin şəxsin meyiti hamam otağından tapılıb. İlkin olaraq onun şəxsiyyətini tam dəqiqləşdirmək mümkün olmayıb.Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31