Maşından pul və çanta oğurlayan tutulub
15 Aprel 2015 17:39 KriminalAvtomobildən çanta oğurlayan şəxs yaxalanıb. DİN-dən verilən məlumata görə, aprelin 13-də İslam Mayılova məxsus "KİA" markalı avtomobildən içərisində 300 manat, mobil telefon və sənəd olan çanta oğurlanıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Zəngilan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Elşən Rzayev və Yusif Hüseynov tərəfindən oğurlanması müəyyən edilmiş və E.Rzayev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31