Azərbaycanda ana və övladları güllələndi
Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb
15 Aprel 2015 16:44 KriminalÖtən gün Salyan rayonunda bir ailənin 3 üzvü güllələnib. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Yenikənd kəndində baş verib. Kənd sakini Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib. R.Məmmədov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etidiyi müvafiq sənədi olmayan "TOZ-8" markalı tüfəng götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31