Azərbaycanda saxta attestat satanı tutdular
15 Aprel 2015 16:39 KriminalAzərbaycanda saxta attestat satan şəxs tutulub. Anspress-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Hacıağa Ağayev Elnur Abdullazadənin adına Cəlilabad rayonu Soltankənd orta məktəbinin məzunu olması barədə saxta attestat hazırlayıb. O, hazırladığı saxta sənədi satdığı üçün saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31