Çilçırağın içərisindən marixuana çıxdı
15 Aprel 2015 15:27 KriminalAstara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı, sürücü Hafiz Qəhrəmani və onun köməkçisi, Azərbaycan vətəndaşı Emin Mehtiyevin idarə etdikləri "Skania" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. DGK mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtobusun yük yerindəki çilçırağın içərisindən 2 ədəd bükümdə, ümumi xalis çəkisi 15,42 qram olan narkotik vasitə - marixuana aşkar olunub. Faktla bağlı təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31