Ayaqqabısında tiryək keçirmk istədi
15 Aprel 2015 15:27 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı Yalçın Dadaşov gömrük nəzarətindən keçib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman onun ayağındakı ayaqqabının hər tayında gömrük nəzarətindən gizlədilmiş cəmi 26 ədəd büküm, şəxsi yoxlama zamanı isə üzərində 1 ədəd büküm olmaqla, ümumilikdə xalis çəkisi 98,609 qram olan narkotik vasitə - tiryək aşkar edilib. Faktla bağlı təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31