Ögey ata oğlunu asdı

Rusiyanın Kemerovo vilayətində 6 yaşlı Artur Rıbakovun ölümü araşdırılır. Anası onu evin otaqlarından birində asılmış vəziyyətdə tapıb. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, qadının dediyinə görə, oğlunu ikinci ərinin yanında yatmış vəziyyətdə qoyaraq 10 dəqiqəliyə evdən çıxıbmış. Nadejda Kopteva evə qayıdanda isə sevimli oğlu Arturu asılmış vəziyyətdə tapıb. Oğlunun qətlə yetirilməsinə şübhəli bilinən şəxs qismində onun atalığı, Nadejda Koptevanın ikinci əri, 38 yaşlı Yevgeni Menşikov həbs olunub. İbtidai istintaqda o, hər şeyi boynuna alıb. "Arvadımın əvvəlki nikahdan olan oğlundan zəhləm gedirdi. Arturdan canımı qurtarmağın yolunu arayırdım. Sevimli arvad və doğma övladlardan ibarət ailə qurmaq istəyirdim. Nadejda evdən çıxan kimi Arturu oyatdım və ilgəyi boynuna saldım", - Y.Menşikov deyib.Menşikov oğulluğunu asanda onun doğma oğlu və qızı otaqda idilər.
2 yaşlı Anatoli və bir aylıq Maşa, təbii ki, heç nə başa düşməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31