İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı
Faktla bağlı təhqiqat aparılır
15 Aprel 2015 11:14 KriminalAzərbaycan Dövlət Gömrük Komitəsi əməkdaşları İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıb.Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ANS PRESS-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşı Yalçın Dadaşov gömrük nəzarətindən keçən zaman onun ayağındakı ayaqqabının hər tayında gömrük nəzarətindən gizlədilmiş cəmi 26 ədəd büküm, şəxsi yoxlama zamanı isə üzərində 1 ədəd büküm olmaqla, ümumilikdə xalis çəkisi 98,609 qram olan tiryək aşkar edilib.Faktla bağlı təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31