Prokuror İntiqam Əliyevə 10 il iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror İ.Əliyevə 10 il iş istəyib.

Qeyd edək ki, İ.Əliyev keçən il avqustun 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31