Salyanda ferma yanıb

9 baş iribuynuznu heyvan tüstüdən boğulub

Salyan rayonu, Yenikənd kəndində vətəndaşa məxsus fermada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 390 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Fermanın içərisində olan 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Fermanın qalan hissəsi və fermada olan 27 baş iribuynuzlu heyvan yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31