Bakıda 58 min manatlıq CİNAYƏT

Mənzildən oğurluq edənlər axtarılır

Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Quliyev Əli Adil oğluna məxsus olan və Murtuza Muxtarov küçəsi 118 ünvanında yerləşən mənzildən naməlum şəxs və ya şəxslər 58 min manat dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıb. Ev sahibi bildirib ki, aprelin 12-də saat 15-dən 22-də evdə kimsənin olmadığı vaxt naməlum şəxs və ya şəxslər açar seçmə yolu ilə mənzilə daxil olublar. Hazırda müraciət əsasında araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31