Bakıda hoteldə yanğın olub
14 Aprel 2015 11:37 KriminalBakıdakı hotellərdən birində yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Nərimanov rayonunda ümumi sahəsi 1350 kvadratmetr olan üçmərtəbəli "TİTANİK" hotelinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı hotelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyə olunub. Hotelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31