Qadına zor tətbiq edən şəxs yaxalanıb
13 Aprel 2015 16:58 KriminalPaytaxtda qadına zor tətbiq edən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, aprelin 11-də Nərimanov rayonu ərazisində naməlum şəxs Aygün Nəsrullayevaya zor tətbiq edib mobil telefonunu almağa cəhd göstərib. Hadisəni törətmiş Kürdəmir rayon sakini Rəvan Qocalı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən tutularaq 18-ci PB-yə təhvil verilib. Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində 4,244 qram tiryək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31