Həmkəndlisini bıçaqla qətlə yetirdi

Tovuz rayonuda qətl hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 12-də Tovuz rayonunun Qədirli kəndində kənd sakini Nemət Rzayev münaqişə zəminində həmkəndlisi İdris Paşayevə bıçaqla xəsarət yetirib. Xəsarət almış İ.Paşayev İ.Paşayev hadisə yerində dünyasını dəyişib. Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Rzayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31