Mənzildən seyfi aparan şəxslər saxlanıb
13 Aprel 2015 16:43 KriminalBakıda mənzildən oğurluq etmiş şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Səyavuş Aslanovun evindən içərisində 18600 manat və qızıl əşyalar olan seyfi oğurlamış Füzuli rayon sakinləri Qasım Qüdrətli və İlqar Aslanov tutulublar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31