Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "İVECO" markalı sərnişin avtobusu ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31