Pul və qızılla dolu seyfi oğurlayan şəxslər tutulub
13 Aprel 2015 13:25 KriminalBakıda 20 min manata yaxın pul və zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 25-də Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən evindən pəncərəni sındırmaqla içərisində 18 min 600 manat və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb. Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - 1992-ci il təvəllüdlü Qasım Bəylər oğlu Qüdrətli və 1993-cü il təvəllüdlü İlqar Nazim oğlu Aslanov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31