Orta məktəb şagirdi adam öldürdü
Hadisə münaqişə zəmində törədilib
13 Aprel 2015 12:19 KriminalTovuzda qətl törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində rayonun Qədirli kənd sakini, 1997-ci il təvəllüdlü Nemət Rzayev həmkəndlisi, 1996-ci il təvəllüdlü İdris Paşayevə bıçaqlayıb. İ.Paşayevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, hadisə münaqişə zəmində törədilib. Qətli törədən gənc orta məktəbin 11-ci sinif şagirdidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31